Makron baş nazirin istefasını qəbul etdi
Fransa Prezidenti Emmanuel Makron baş nazir Qarbiyel Attalın istefasını qəbul edib.
Bu barədə Yelisey Sarayından bildirilib.
Qeyd olunub ki, dövlət başçısı hazırki hökumətə yeni kabinet formalaşana qədər cari məsələlərin həllini tapşırıb.
Qabriel Attal iyulun 8-də parlament seçkilərindən sonra istefa ərizəsini Makrona təqdim edib. Prezident o zaman ölkədə sabitliyin təmin olunmasının vacibliyini əsas gətirərək ərizəni qəbul etməyib.
BAKU.WS