Image

"O vaxta qədər Ukrayna mövcud olmayacaq" - Medvedevdən QƏRİBƏ AÇIQLAMA

“Ukrayna NATO-ya qəbulunun nəzərdə tutulduğu 2034-cü ilə qədər mövcudluğunu dayandıra bilər”.

Gundem.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev deyib.

"Təsadüfi deyil ki, NATO-nun Baş katibi Yens Stoltenberq açıq şəkildə deyib ki, Ukrayna 2034-cü ildə alyansa qoşulsa, bu, müsbət ssenari olacaq. Bu o deməkdir ki, bu, heç vaxt olmayacaq", - Medvedev bildirib.

“O vaxta qədər NATO-nun hazırkı liderlərindən heç biri öz vəzifəsində qalmayacaq. Ola bilsin ki, Ukrayna artıq mövcud olmayacaq”,- Rusiya rəsmisi əlavə edib.(sfera.az)

Mənbə: gundem.az

Xəbər lenti