Ukrayna və Rusiya arasında böyük əsir mübadiləsi reallaşıb - FOTO
Rusiya ilə Ukrayna arasında "95+95" formatında əsir mübadiləsi baş tutub.
BAKU.WS Unian agentliyinə istinadən xəbər verir ki, mübadilə BƏƏ-nin vasitəçiliyi ilə reallaşıb.
Ukrayna tərəfinin geri aldığı əsirlərin 7-si zabitdir.
Rusiya tərəfi Ukraynadan geri aldığı 95 əsirin tibbi müayinədən keçdikdən sonra reablitasiya mərkəzlərinə göndəriləcəkləri haqda məlumat yayıb.
BAKU.WS
