“Ana Vətən” seçkiyə 12 namizədlə qatılır
“Ana Vətən” Partiyasının İdarə heyəti Prezident İlham Əliyevin VI çağırış Milli Məclisin buraxılması və 2024-cü il sentyabrın 1-nə növbədənkənar parlament seçkilərinin təyin edilməsinə dair Sərəncamına uyğun olaraq seçkilərdə iddiaçı olan namizədlərin siyahısını təsdiq edib. “Ana Vətən” Partiyasının Seçki Qərargahından Gundem.az-a verilən məlumata görə, partiyanın İdarə Heyətinin qərarı ilə çoxsaylı iddiaçılar arasından 12 nəfərin növbədənkənar parlament seçkisində iştirakı məqsədəuyğun hesab olunub.
Mənbə: gundem.az