Daşkəsəndə Birinci Qarabağ müharibəsinin şəhidi Akif Abbasovla vida mərasimi keçirilir - FOTO
Qalıqları aşkar edilən Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan şəhid Akif İlyas oğlu Abbasovun nəşi Daşkəsən rayonuna gətirilib. BAKU.WS report-a istinadən xəəbr verir ki, şəhidin nəşi Daşkəsən rayonunun Əhmədli kəndində ailəsinə təhvil verilib. Hazırda kənddə şəhidlə vida mərasimi keçirilir. Qeyd edək ki, Akif İlyas oğlu Abbasov 1970-ci il iyulun 1-də anadan olub. O, 1993-cü il dekabrın 28-də Ağdam rayonunun Salahlı kəndində itkin düşüb. A.Abbasov Gəncə Şəhidlər xiyabanında dəfn olunacaq. BAKU.WS

Mənbə: baku.ws