"İrəvan öz öhdəliklərini yerinə yetirmək istəmir " - AÇIQLAMA
Ermənistanla Azərbaycan arasında sülh imzalanmamasının əsas səbəbi rəsmi İrəvanın öz öhdəliklərini yerinə yetirməməsidir.
Bu sözləri BAKU.WS-ə açıqlamasında politoloq Elçin Mirzəbəyli bildirib.
Ekspert qeyd edir ki, bunu hələ də Azərbaycana qarşı ərazi iddialarının Ermənistan konstutsiyasında əks olunmasında görə bilərik: “Ermənistanın dövlət müstəqilliyi haqqında bəyannaməsində Ermənistan Ali Sovetinin 1 dekabr 1989-cu il qərarına istinad olunur. Burada isə Azərbaycan torpaqlarının Ermənistana birləşməsi və bununla bağlı həmin dövrdə qeyri-legitim fəaliyyət göstərən Dağlıq Qarabağ Milli Şurası adlı qeyri-qanuni təsisatın qəbul etdiyi qərarlar əks edilir. Bu qərarlar da Azərbaycan torpaqlarının Ermənistana birləşdirilməsi ilə bağlıdır. Konstitutsiyada isə müstəqillik bəyannamasinə istinadən qeyd edilir ki, burada yer alan müddəalar erməni xalqının vəzifəsi kimi əks edilir.
Politoloq Elçin Mirzəbəyli bu məntiqlə Ermənistan kontitusiyasının əsas hədəfi Azərbaycan torpaqlarının İrəvan ərazisində birləşdirilməsi olduğunu deyib.
"Belə olduğu təqdirdə sülh müqaviləsinin imzalanması üçün heç bir perspektiv yoxdur. Əgər sülh müqaviləsi imzalanarsa, Ermənistanda istənilən hakimiyyət müqavilənin konstitutsiyaya zidd olduğunu əsas gətirərək həmin müqaviləni poza bilər. Ermənistan Baş nazirinin bu gün İlham Əliyevlə görüşdən yayınmasının səbəbi rəsmi İrəvanın öz öhdəlikləri yerinə yetirmək istəməməsidir. Digər bir səbəb isə Ermənistana himayədarlıq edən ölkələrin buna icazə verməməsidir”, - deyə Elçin Mirzəbəyli qeyd edib.
BAKU.WS
Mənbə: baku.ws