Image

İzmirdə dəhşətli istilər, küçə və prospektlər boş qaldı

İzmirdə 39 dərəcəyə çatan isti hava ilə əlaqədar vətəndaşlar ağacların kölgəsi altında sərinləməyə üstünlük veriblər.

BAKU.WS CNN TÜRK-ə istinadən xəbər verir ki, meteoroloji qiymətləndirmələrə görə, yüksək temperaturun təsirinin cümə və şənbə günləri də davam edəcəyi, mövsüm normalarından 2-7 dərəcə yüksək olacağı bildirilib.

2-ci Meteorologiya Region Müdirliyi və Erkən Xəbərdarlıq Mərkəzindən verilən məlumata görə, Ege Bölgəsində hava istiliyi hələ də mövsüm normalarının üzərindədir. 39 dərəcəyə çatan isti hava ilə əlaqədar vətəndaşlar şəhərin prospekt və küçələrində ağacların kölgəsi altında sərinləməyə üstünlük veriblər.

BAKU.WS

Xəbər lenti

Sabahın hava proqnozu