Image

Qazaxıstanlı şoumen Putin, Tokayev və Lukaşenkodan üzr istəyib

Qazaxıstanlı şoumen Nurtas Adambay Rusiya prezidenti Vladimir Putindən üzr istəyib.

BAKU.WS xəbər verir ki, aktyor Nurtas Adambay Rusiya prezidenti Vladimir Putindən onu tənqid etdiyi üçün üzr istəyib. Həmçinin ailə dəyərləri uğrunda mübarizə apardığı üçün prezidentə təşəkkür edib.

Adambay özünün İnstaqram səhifəsində üzr mətni yayıb. Mətndə Adambay öz axmaqlığından ötrü Vladimir Putini tənqid etdiyinə və ona qəzəbləndiyinə görə ondan üzr istəyib.

Bundan əlavə, şoumen Qazaxıstan prezidenti Qasım-Jomart Tokayevdən və Belarus lideri Aleksandr Lukaşenkonu da tənqid etdiyi üçün üzr istəyib.

BAKU.WS

Xəbər lenti

Sabahın hava proqnozu