Tramp Rusiyaya olan sanksiyalara təsir edə biləcək? - AÇIQLAMA
"Trampın hakimiyyətə gəldikdən sonra Rusiya ilə münasibətlərinin necə olacağını indidən demək çətindir".
Bu sözləri BAKU.WS-ə açıqlamasına politoloq Oktay Qasımov deyib.
O bildirib ki, 2016-cı ildə də Tramp hakimiyyətə gəldikdə onu Rusiya ilə yaxın münasibətlərdə ittiham edirdilər:
“Hətta iddia edilirdi ki, onun prezident seçilməsində Rusiyanın rolu olub. Ancaq o, 4 illik hakimiyyəti dövründə Rusiya ilə müəyyən münasibətlərinin olmasına baxmayaraq siyasi cəhətdən heç bir dəyişiklik olmadı. Əksinə, həmin vaxt Rusiyaya qarşı müəyyən ciddi addımlar atıldı.
Hazırda seçki kampaniyası gedir. Tramp Rusiya və Ukrayna savaşı ilə bağlı müəyyən sərt fikirlər səsləndirir. Tramp nə qədər Amerikaya yönəlik siyasət aparmaq istəsə də, bütün hallarda ABŞ dünyanın super gücüdür. Dünyadakı prosselərdən özünü təcrid edə bilməz. Tramp bildiyimiz kimi populist prezident idi. Amma bu o demək deyil ki, onun siyasi addımlarında Rusiya və Avropaya qarşı münasibətlərdə fərq ola bilər.
ABŞ-nin müəyyən olunmuş siyasi xətti və strategiyası mövcuddur. Ancaq sanksiyaların azalacağı və ya artacağı ilə bağlı indidən nəsə demək çətindir. Bunların hamısını seçkilərdən sonra görəcəyik“.
BAKU.WS