Mobil telefonlarla bağlı XƏBƏRDARLIQ - Bunu etməsəniz...
Tətbiq yeniləmələri cihazların təhlükəsizliyi üçün mühüm rol oynayır. Tətbiqlər yeniləndikdə həssas məlumatlar daha yaxşı qorunur.
BAKU.WS-in xəbərinə görə, bu barədə Elektron Təhlükəsizlik Xidməti məlumat yayıb.
ETX-nin məlumatında qeyd olunub ki, sonuncu versiya yenilənmədikdə kiberdələduzlar tətbiqlərin cari versiyasındakı boşluqlardan yararlanaraq cihazı və fərdi məlumatları ələ keçirə bilərlər: “İstifadə olunmayan tətbiqləri silməyi tövsiyə edirik”.
BAKU.WSMənbə: baku.ws