Ermənistanda hərbi helikopter qəzaya uğrayıb, hər iki pilot ölüb - VİDEO
Bu gün səhər saatlarında Ermənistanda hərbi helikopter qəzaya uğrayıb.
BAKU.WS Shamshyan.com-istinadən xəbər verir ki, helikopter saat 09:50 radələrində Kotayk rayonundakı Yeqvard ərazisinə düşüb. Helikopterdə iki pilotun cəsədi tapılıb.
Faciə yerində İstintaq Komitəsinin və qarnizonun istintaq idarəsinin müstəntiqləri işləyir.
Xatırladaq ki, Kotai rayonunda hərbi təlim aerodromu var.
BAKU.WS