Yıldız Tilbe: "Anam doğulmağımı istəmirdi..." - FOTO
Məşhur müğənni Yıldız Tilbe etirafı ilə diqqət çəkib.
BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, ifaçı dünən axşam konsertində anasının onun doğulmağını istəmədiyini söyləyib:
"Mənim mərhum anam altı qız dünyaya gətirdi, yeddinci uşağı mən idim.
Mənə hamilə qalanda "Bu da qız olacaq" deyə məni istəmədi. O, dərman qəbul edib, özünü zəhərləyib, yüksəklikdən tullanıb, amma nə etsə də, məni tələf edə bilməyib. Sonuncu qızı olaraq mən dünyaya gəldim".
Tilbe anasının əksinə, atasının onu çox sevdiyini bildirib:
"Atam deyir ki, mənim hər bir qızım on oğlanın dəyərinə bərabərdir.
O, həmişə deyirdi ki, sənin bir dırnağına on adamı dəyişmərəm. Kaş bütün atalar qızlarını belə sevərdilər. Atam bizi o qədər çox sevirdi ki, ondan sonra heç bir sevgi məni inandırıcı gəlmədi".
BAKU.WS