Image

Yevlaxda Birinci Qarabağ müharibəsinin şəhidi Bəxtiyar Hümbətov dəfn edilib - FOTO - YENİLƏNİB

Qalıqları aşkar edilən Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan şəhid Bəxtiyar Əliş oğlu Hümbətovla Yevlax şəhərində keçirilən vida mərasimi başa çatıb.   BAKU.WS report-a istinadən xəbər verir ki, şəhidin nəşi Yevlax rayonu Şəhidlər xiyabanında dəfn olunub.   Dəfn mərasimində şəhidin doğmaları, Yevlax Rayon İcra Hakimiyyətinin vəzifəli şəxsləri, hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər. ***13:50 Qalıqları Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan şəhid Bəxtiyar Hümbətovun nəşi Yevlax rayonuna gətirilib.   BAKU.WS report-a istinadən xəbər verir ki, şəhidin nəşi Yevlax şəhərində ailəsinə təhvil verilib.   Hazırda şəhidlə vida mərasimi keçirilir.   Qeyd edək ki, Bəxtiyar Əliş oğlu Hümbətov 1974-cü ildə anadan olub. O, 1993-cü ildə Kəlbəcər rayonunun Murovdağ istiqamətində itkin düşüb.   B.Hümbətov Yevlax rayonu Şəhidlər xiyabanında dəfn olunacaq.

  BAKU.WS

Mənbə: baku.ws

Xəbər lenti

Azərbaycan nefti bahalaşıb