Azərbaycanın axtarışa verdiyi şəxs Rusiyada tutulub
Azərbaycan tərəfindən axtarışda olan şəxs Rusiyada saxlanılıb. BAKU.WS report-a istinadən xəbər verir ki, Azərbaycan məhkəmələri tərəfindən barəsində qiyabi həbs qətimkan tədbiri seçilən 1978-ci il təvəllüdlü Emin Yusufov Rusiya Federasiyasında tutulub. O, Cinayət Məcəlləsinin 178 (dələduzluq) və 320-ci (saxta sənəd hazırlama) maddələri ilə təqsirləndirilir. Hazırda onun Azərbaycana ekstradisiyası üçün tədbirlər görülür. BAKU.WSMənbə: baku.ws