Kukurella verdiyi sözü tutdu, saçını qırmızı boya ilə boyadı - FOTO
İspaniya millisinin müdafiəçisi Mark Kukurella vədinə əməl edərək saçlarını qırmızıya boyadı.
BAKU.WS xəbər verir ki, 25 yaşlı futbolçu 2024-cü il Avropa çempionatının finalında İspaniya yığmasının İngiltərəni məğlub edəcəyi təqdirdə bunu edəcəyini bildirmişdi.
Berlindəki "Olimpiastadion" stadionunda keçirilən İspaniya və İngiltərə milli komandaları arasında Avro-2024-ün final oyunu birincilərin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
BAKU.WS