Nazir: "Süni intellektin əmək bazarına təsiri nəticəsində xeyli sayda insan iş yerini itirəcək"
"Süni intellektin əmək bazarına təsiri nəticəsində xeyli sayda insan iş yerini itirəcək". BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev dördüncü "Yüksəliş" müsabiqəsinin final mərhələsinin açılış mərasimində çıxışı zamanı deyib. O bildirib ki, süni intellektin əmək bazarına təsiri nəticəsində 85 milyon insan iş yerini itirəcək: "Buna baxmayaraq, yeni müasir tələblərə uyğun 97 milyon yeni iş yeri açılacaq. Bu gün əmək bazarında xeyli sayda ixtisassız işçi qüvvəsi var". BAKU.WSMənbə: baku.ws