Image

Zelenskidən Trampla bağlı AÇIQLAMA: "Çətin olacaq, amma..."

Ukrayna prezidenti Volodimir Zelenski Donald Trampın prezident seçilməsini arzulamır. Zelenskinin sözlərinə görə, Tramp yenidən prezident seçilərsə, onunla işləmək çətin olacaq. Ukrayna prezidenti ölkəsinin ABŞ-nin dəstəyinə möhtac olduğunu, bu səbəbdən də istənilən administrasiya ilə işləmək məcburiyyətində qalacaqlarını söyləyib.

Gundem.az xəbər verir ki, Zelenski bu sözləri BBC-yə açıqlamasında deyib.

Ukrayna prezidenti Trampın vitse-prezident postuna namizədliyini irəli sürdüyü Ceyms Devid Vensin açıqlamalarından da narahatdır.

Devid Vens əvvəlki açıqlamalarında Ukraynada baş verənlərin onu maraqlandırmadığını demişdi.

Zelenski Devidin açıqlamasına cavab olaraq bunları deyib: “Ola bilsin ki, o, Ukraynada nə baş verdiyini başa düşmür. Əgər onlar gəlsələr, biz onların dəstəyinə yenə də ehtiyac duyacağıq. Çətin olacaq, amma çətin işdən qorxmuruq”.   (Sfera.az)

Xəbər lenti

Sabahın hava proqnozu