“Microsoft”un işləməməsi səbəbindən ABŞ-də 2,3 mindən çox uçuş ləğv edilib
“Microsoft Azure” bulud saxlama platformasında yaranmış nasazlıqdan sonra ABŞ-də 2,3 mindən çox uçuş ləğv edilib.
BAKU.WS xəbər verir ki, bu barədə "CNN" televiziya şirkəti "Cirium" analatik şirkətinə istinadən bildirib.
Qeyd olunub ki, hazırda ABŞ-də bütün daxili uçuşların 8,9 faizi, ümumilikdə 2382 reys ləğv olunub.
BAKU.WS