45 yaşlı Nahid faciəvi şəkildə öldü
Biləsuvar rayon sakini bədbəxt hadisə nəticəsində ölüb. BAKU.WS qafqazinfo-ya istinadən xəbər verir ki, 1979-cu il təvəllüdlü Abdulov Nahid Qurban oğlu hündürlükdən yıxılıb. Bakıdakı xəstəxanaların birinə yerləşdirilən kişinin həyatını xilas etmək mümkün olmayıb. Qeyd edək ki, N.Abdulov tarladan mal-qara üçün topladığı yonca bağlamasını qoşquya yükləyərkən hündürlükdən yıxılıb. BAKU.WSMənbə: baku.ws