Bakıda ticarət mərkəzində yanğın olub
Bakı şəhərinin Qaradağ rayonunda “Abşeron” ticarət mərkəzinin ərazisində yanğın olub. Bu barədə BAKU.WS-ə Fövqəladə Hallar Nazirliyindən bildirilib. Ümumi sahəsi 130 m² olan taxta sexinin içərisində sahəsi 10 m² olan köməkçi tikilinin yanar konstruksiyaları, 1 ədəd kondisioner və 30 m² sahədə taxta materialları yanıb. Sexin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. BAKU.WSMənbə: baku.ws