Xaçmazda avtomobil motosikletlə toqquşub, ölən var
Xaçmazda avtomobil motosikletlə toqquşub, ölən var. BAKU.WS report-a istinadən xəbər verir ki, hadisə rayonun Susayqışlaq kəndində qeydə alınıb. Belə ki, "Mercedes" markalı minik avtomobilinin motosikletə çırpılması nəticəsində sonuncunun sürücüsü rayon sakini 1991-ci il təvəllüdlü Əliyev Rəhman Ramazan oğlu aldığı xəsarətlərdən yerindəcə ölüb. Onun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Xaçmaz rayon şöbəsinə təhvil verilib. Faktla bağlı araşdırma aparılır. BAKU.WSMənbə: baku.ws