Bakıda minik avtomobili dəmir maneəyə çırpılaraq yanıb
Bakı şəhərinin Xətai rayonunda “Hyundai” markalı minik avtomobili idarəetməni itirərək yol kənarındakı dəmir maneəyə çırpılıb. Bu barədə BAKU.WS-ə Fövqəladə Hallar Nazirliyindən bildirilib. Nəticədə avtomobilin mühərrik hissəsi qismən yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. BAKU.WSMənbə: baku.ws