Rusiyaya kütləvi dron hücumu - Əsas hədəf Rostov vilayəti olub
Gecə ərzində Rusiyanın müxtəlif əyalətlərinə kütləvi dron hücumu olub.
BAKU.WS TASS-a istinadən xəbər verir ki, ümumilikdə Rusiyanın Hava Hücumundan Müdafiə (HHM) qüvvələri 75 dronu zərərsizləşdirə bilib.
Bunlardan 47-si Rostov vilayəti, 17-si Qara dəniz və Azov dənizi akvatoriyası üzərində vurulub.
BAKU.WS