Yasamalda ağaclar kəsilib, iş hüquq-mühafizə orqanlarına göndəriləcək
Bakının Yasamal rayonunun Mirəli Seyidov küçəsi, 1 ünvanında bir neçə ağac kəsilib. Bu barədə BAKU.WS-ə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən bildirilib. Bildirilib ki, faktla bağlı akt tərtib olunub və təbiətə dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi məqsədilə toplanmış sənədlər hüquq-mühafizə orqanlarına göndərilməsi üçün hazırlanır. BAKU.WSMənbə: baku.ws