Məşhur aktyorlar bu səbəbdən Madonnadan icazə aldılar - FOTO
Məşhur aktyorlar Rayan Reynoldsla Hyu Cekmən məşhur müğənni Madonnadan icazə almaq məcburiyyətində qalıblar. BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, onların rol aldıqları "Deadpool" və "Wolverine" filmlərində Madonnanın mahnısı səsləndirilməlidir. Bu səbəbdən də aktyorlar "Like A Prayer" adlı mahnının icazəsini almaq üçün sənətçinin evinə gediblər. "Mahnını filmdə istifadə etməyimiz böyük bir hadisə idi. Madonna ilə görüşdük, onunla tanış olduq. Ona mahnını necə, harada və nə üçün istifadə edəcəyimizi izah etdik" - deyə Reynold bildirib. Madonna aktyorlara öz tövsiyyələrini bildirərək, mahnının səsləndirilməsinə razılıq verib. BAKU.WS

