Qusarda avtobus aşıb, xəsarət alanlar var
Qusar rayonunda yol qəzası baş verib.
Gundem.az xəbər verir ki, Qusar-Xurel marşurutu üzrə hərəkətdə olan avtobus Avaran kəndi ərazisində yoldan çıxaraq dərəyə aşıb.
Nəticədə 6 nəfərin müxtəlif dərəcəli bədən xəsarətləri aldığı bildirilir.
Yaralılar Qusar Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.
Mənbə: gundem.az