Messi və həyat yoldaşı Antonellanın yaxtada istirahət FOTOları
"İnter Mayami" klubunun argentinalı futbolçusu Lionel Messinin həyat yoldaşı Antonella Rokuçço istirahət fotolarını paylaşıb.
BAKU.WS xəbər verir ki, fotolarda Antonellanın Messi ilə yaxtada istirahət etdikləri görünür.
Həmçinin fotolarda Messinin "İnter Mayami"dən komanda yoldaşı Luis Suares də yer alır.
Qeyd edək ki, iyul ayında Messi Amerika Kubokunda qalib gələrək karyerası ərzində sayca 45-ci titulunu qazanıb.
Bununla da o, futbol tarixinin ən titullu futbolçusu ünvanına sahib çıxıb.
BAKU.WS
