Bakıda piyada keçidində salınan pivəxana - YENİLƏNİB/FOTO
Yasamal rayonu İcra Hakimiyyətinin əməkdaşları piyada keçidi üzərində salınan pivəxanaya baxış keçirmək üçün hazırda həmin ünvandadırlar.
***15.44
Bakının mərkəzi küçələrinin birində obyekt səkini zəbt edib.
Bu barədə sakinlər BAKU.WS-in "qaynar xətt"inə şikayət ediblər.
Belə ki, Huseyn Cavid prospekti ilə Ələsgər Ələkbərov küçəsindəki pivəxana düz yoldakı piyada keçidinin qurtaracağında, pandus üzərində salınıb. Beləliklə uşaq və əlil arabası ilə pandusdan ötüb-keçən şəxslər özlərini öz iradələrindən kənar olsa da pivəxanada görürlər.
Pivəxananın ərazisinə keçmək istəməyən sakinlər isə məcburən özlərini yolun hərəkət hissəsində, təhlükədə görürlər.
BAKU.WS
Mənbə: baku.ws