Şəmkirdə 72 yaşlı kişini avtomobil vuraraq öldürüb
Şəmkir rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub. BAKU.WS report-a istinadən xəbər verir ki, hadisə Şəmkir şəhərində bankların birinin yaxınlığında qeydə alınıb. Belə ki, yolu qarşı tərəfə keçmək istəyən 1952-ci il təvəllüdlü Məhəmməd Əzimovu "Opel" markalı avtomobil vurub. Piyada aldığı xəsarətlərdən həyatını itirib. Faktla bağlı araşdırma aparılır. BAKU.WSMənbə: baku.ws