Image

SOCAR prezidenti Sumqayıtdakı emal müəssisələrinin transformasiya proqramı ilə tanış olub - FOTO

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf şirkətin Sumqayıt şəhərində yerləşən emal müəssisələrində həyata keçirilən transformasiya proqramı ilə yaxından tanış olub.   Bu barədə BAKU.WS-ə SOCAR-dan məlumat verilib.   Bildirilib ki, səfər zamanı yenidənqurma layihələri nəticəsində müəssisələrin xammal təminatının və keyfiyyətinin artırılması istiqamətində görülən işlər nəzərdən keçirilib.   Həmçinin, SOCAR-ın Sumqayıtda yerləşən emal müəssisələrində tətbiq edilən texnologiyalar və maliyyə effektləri barədə məlumat verilib, gələcək hədəflər müzakirə edilib. BAKU.WS

Mənbə: baku.ws

Xəbər lenti