Azərbaycanda nadir xəstəlikdən ÖLÜM
Azərbaycanda "qırmızı qurd eşənəyi" xəstəliyindən ölüm faktı qeydə alınıb. BAKU.WS lent.az-a istinadən xəbər verir ki, hadisə Neftçala rayonunda baş verib. Rayonun Həsənabad qəsəbə sakini, 1975-ci il təvəllüdlü Eldəniz Məmmədov ağır vəziyyətdə Neftçala Rayon Mərkəzi Xəstəxanasına daxil olub və orada ölüb. Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, iyulun 19-da saat 10:35-də 1975-ci il təvəllüdlü Neftçala rayonunun Uzunbabalı kənd sakini (kişi cinsli) halının pis olması səbəbiylə, hipotoniya vəziyyətində Neftçala Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub: "Yaxınları tərəfindən xəstənin 15 ilə yaxın "qırmızı qurd eşənəyi" xəstəliyindən əziyyət çəkdiyi bildirilib. Xəstəyə dərhal ilkin tibbi xidmətlər göstərilərək Reanimasiya şöbəsinə yerləşdirilib. Aparılan bütün tədbirlərə baxmayaraq, iyulun 23-də 08:30-da xəstənin poliorqan çatışmazlığından ölüm faktı qeydə alınıb". BAKU.WSMənbə: baku.ws