Image

Moskvada Toyota Land Cruiser-i partlatmaqda şübhəli bilinən şəxs Türkiyəyə qaçıb

Rusiya Federasiyası Federal Təhlükəsizlik Xidmətinin rəhbəri Aleksandr Bortnikov təsdiqləyib ki, bu gün Moskvada avtomobilə yerləşdirilmiş partlayışı törədən şəxs Türkiyəyə qaçıb və hazırda oradadır.

BAKU.WS xəbər verir ki, Shot Telegram kanalı bu barədə məlumat verib.

“Rusiya xüsusi xidmət orqanları şübhəlinin saxlanılması və ekstradisiyası üçün türk həmkarları ilə əlaqə saxlayır”, – Telegram kanalında deyilir.

Qeyd edək ki, daha əvvəl bomba yüklü avtomobillə bağlı cinayət işində şübhəlinin şəxsiyyəti müəyyən edilmişdi. Xatırladaq ki, bu gün səhər saatlarında Moskvada Toyota Land Cruiser partladılıb. Həmin vaxt avtomobildə kişi sürücü və onun sadın sərnişini olub. Hər iki şəxs xəsarət alsa da sağ qalıb. 

BAKU.WS

Xəbər lenti

Sabahın hava proqnozu