Türkiyə ordusu Suriyada PKK/YPG-nin üç üzvünü ÖLDÜRDÜ
Türkiyə Silahlı Qüvvələri Suriyada yeni əməliyyat keçirib.
Gundem.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib.
Qeyd olunub ki, Suriyadakı “Zeytin dalı” əməliyyat bölgəsində PKK/YPG terror təşkilatının üç üzvü öldürülüb.
Vurğulanıb ki, Türkiyə ordusu terroru məhv etməkdə qətiyyətlidir.