Fransada qatar relsdən çıxaraq aşdı - FOTO
Bu gün Fransada qatar qəzası baş verib. Sərnişinləri daşıyan qatar Perpignan - Villefranche-de-Conflent yolunda relsdən çıxaraq aşıb.
Bu barədə "Europe Trains Railways ECC" məlumat yayıb.
Hadisə zamanı qatarda 9 nəfərin olduğu bildirilir. Onlardan bəzisi xəsarət aldığı üçün xəstəxanaya yerləşdirilib.
Qəzanın başvermə səbəbləri araşdırılır.
BAKU.WS

