Bakıda yeni iş yerləri yaradılacaq - Saziş imzalandı - FOTO
Bakıda "Qətər bütün dünya üçün" adlı əlamətdar tədbir keçirilib. BAKU.WS xəbər verir ki, tədbir Qətərin “Al Baladi Holding”in və BƏƏ-nin “Green Capital Management” şirkətlərinin Azərbaycana investisiyalarının cəlb edilməsi məqsədi daşıyır. Davamlı işgüzar nüfuzu ilə tanınan Azərbaycan Ticarət Korporasiyası beynəlxalq şirkətlərlə strateji tərəfdaşlıq vasitəsilə qlobal mövcudluğunu genişləndirməyə çalışır. Tədbir zamanı “Green Capital Management” və “Al Baladi Holdings” arasında Strateji Tərəfdaşlıq Sazişi imzalanıb. İmzalanma mərasimində “ Al Baladi Holding”in prezidenti Məhəmməd Abdullah Həməd Al İbrahim Al-Attiyah, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov, “Green Capital Management”in səhmdarları cənab Adnan Əhmədzadə və cənab Xəyal Qayıbov (həmçinin baş icraçı direktoru vəzifəsini icra edir) və Qətərin Azərbaycandakı Səfirliyinin müvəqqəti işlər vəkili cənab Həməd Al Humeidi iştirak ediblər. Bu Saziş, ilkin mərhələdə Bakıda yeni iş yerlərinin yaradılmasını nəzərdə tutan şəbəkələrin açılması üçün təxminən 5 milyon ABŞ dolları həcmində sərmayə yatırılacaq. Əməkdaşlıq "Go Crispy" və "Tea Time"ınmüstəsna təklifini daha geniş auditoriyaya çatdırmağı və beynəlxalq bazarda onların mövcudluğunu artırmağı hədəfləyir. BAKU.WS



Mənbə: baku.ws