Bakıda 63 yaşlı qadını motosiklet vurub
Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. BAKU.WS report-a istinadən xəbər verir, hadisə Suraxanı rayonunda qeydə alınıb. Belə ki, Qaraçuxur qəsəbəsində 1961-ci il təvəllüdlü Natəvan Ələmdar qızı Hacıyevanı motosiklet vurub. Yaralı təcili tibbi yardımın köməyi ilə xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma aparılır. BAKU.WSMənbə: baku.ws