Bakıda gənc oğlan qəzada xəsarət alıb
Bakının Xətai rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. BAKU.WS report-a istinadən xəbər verir ki, iki avtomobilin toqquşması nəticəsində sərnişin 2008-ci il təvəllüdlü Əli Yusif oğlu Ağayev xəsarət alıb. Yaralı təcili tibbi yardımın köməyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona müştərək travma diaqnozu qoyulub. Faktla bağlı araşdırma aparılır. BAKU.WSMənbə: baku.ws