Image

Pensiyalarla bağlı RƏSMİ AÇIQLAMA - Bu gün...

İyul ayının müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları bu gün tam ödənilib.

Bu barədə Gundem.az-a Dövlət Sosial Müdafiə Fondundan (DSMF) məlumat verilib.

Bildirilib ki, bundan əvvəl - iyulun 9-da Bakı, Sumqayıt şəhərləri, Abşeron rayonu, iyulun 17-də isə bölgələr üzrə, habelə güzəştli şərtlərlə pensiya alan şəxslərin iyul ayının pensiyaları ödənilib.

Beləliklə, bu ay üzrə bütün pensiya, müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımlarının ödənişi yekunlaşıb.

Mənbə: gundem.az

Xəbər lenti