Türkiyədə vəfat edən xanım jurnalistin qardaşı da illər əvvəl faciəvi şəkildə ölüb - FOTO
Ötən gün vəfat edən azərbaycanlı jurnalist Günel Cavadxan 4 il əvvəl qardaşı Yusif Məmmədovu itirib. BAKU.WS xəbər verir ki, o dənizdə boğulan uşaqları xilas edərkən suda batıb. Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. Yusif Məmmədov Xəzər rayonunda dənizin nəzarətsiz ərazisində boğulub. Ailəli olan Yusifin qızı 16, oğlu isə 13 yaşındadır. O ölkədəki banklardan birinin filial müdiri olub. Məlumat üçün bildirək ki, Günel Cavadxan jurnalist fəaliyyəti ilə yanaşı PR-menecer kimi də çalışıb. O ötən gün Türkiyədə beyninə qansızmadan vəfat edib. Günelin nəşi İstanbuldan Bakıya gətirilib. Onun yas mərasimi Heydər məscidində baş tutacaq. BAKU.WS



Mənbə: baku.ws