Mikayıl Cabbarov: "Özəl sektorda aktivliyi artırmaq niyyətindəyik" - FOTO
"Azərbaycanın biznes təmsilçiləri ilə birgə fəaliyyəti gücləndirərək özəl sektorda aktivliyi artırmaq niyyətindəyik". BAKU.WS xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün "X" sosial şəbəkəsindəki hesabında bildirib. "Qeyri-neft sənayesi sahəsində fəaliyyət göstərən sahibkarlarımızla görüşməkdən məmnun olduq. Yerli istehsalın artımı və ixrac bazarlarının genişləndirilməsi imkanlarını müzakirə edərək sualları cavablandırdıq və iş adamlarının təkliflərini dinlədik", - deyə nazir bildirib. BAKU.WSMənbə: baku.ws