Türkiyə və Rusiya XİN başçıları regional məsələləri müzakirə ETDİLƏR
Türkiyənin xarici işlər naziri Hakan Fidan Laosun paytaxtı Viantianda rusiyalı həmkarı Sergey Lavrovla görüşüb.
Gundem.az xəbər verir ki, tərəflər Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyasının (ASEAN) xarici siyasət idarələri rəhbərlərinin növbəti iclası çərçivəsində bir araya gəliblər.
Onlar ikitərəfli və regional məsələləri müzakirə ediblər.