Bu rayonun icra başçısı müavinini işdən çıxardı - FOTO
Cəlilabad Rayon İcra Hakimiyyəti (RİH) başçısının müavini – Sosial-iqtisadiinkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Nazim Şükürov vəzifəsindən azad olunub.
Gundem.az-ın məlumata görə, bununla bağlı RİH başçısı Rafiq Cəlilov müvafiq əmr imzalayıb.
Onun yerinə hələlik təyinat olmayıb.
Qeyd edək ki, 56 yaşlı N.Şükürov ötən ilin əvvəlində bu vəzifəyə təyin olunmuşdu.(İqtisadiyyat.az)

Mənbə: gundem.az