Image

İsrail aviasiyası "Hizbullah" hədəflərinə zərbələr endirdi - VİDEO

İsrail Hərbi Hava Qüvvələri Livanın cənubundakı "Hizbullah" təşkilatının hədəflərinə bir sıra hücumlar həyata keçirib.

Bu barədə görüntülər sosial şəbəkəyə yerləşdirilib. 

İsrail aviasiyası Əl-Hayam və Kfar-Kila şəhərlərinə, eləcə də Tir dairəsindəki Abbasiyyə və Burj əl-Şimali şəhərlərinin kənarlarına hava zərbələri endirib.

Qeyd edək ki, Holan yüksəkliklərində Məcdəl Şəms qəsəbəsinə raket hücumu nəticəsində ölənlərin sayı 12 nəfərə çatıb.

BAKU.WS

Xəbər lenti

Sabahın hava proqnozu