Astarada leysan fəsadlar törətdi: Sakinlər işıqsız qaldılar - FOTO
Astara rayonunda yağan leysan yağışları elektrik təsərrüfatına və vətəndaşlara ziyan vurub. BAKU.WS report-a istinadən xəbər verir ki, leysan nəticəsində rayonun Diqoli kəndində yüksəkgərginlikli elektrik dirəkləri aşıb. Elektrik naqilləri kənd sakinlərinin mal-qarasının otladığı əraziyə düşüb. Nəticədə, iki iribuynuzlu heyvan tələf olub. Qəza səbəbindən ərazidəki yaşayış məntəqələri işıqsız qalıb. BAKU.WS
Mənbə: baku.ws