Sumqayıt sakini öz evində faciəli şəkildə öldü
Sumqayıt rayonunda 45 yaşlı kişini elektrik cərəyanı vurub. BAKU.WS report-a istinadən xəbər verir ki, hadisə "Yaşıl dərə" yaşayış massivində qeydə alınıb. Belə ki, 1979-cu il təvəllüdlü Mehman Həsənov öz evində elektrik işi görən zaman onu elektrik cərəyanı vurub. O, hadisə yerində keçinib. Faktla bağlı araşdırma aparılır. BAKU.WSMənbə: baku.ws