Nitsadan Parisə Olimpiya Oyunlarına gedən sürətli qatarda Qətər əmiri Təmim bin Həməd Əl Taninin gəlininin içərisində 11 "Hermes" çantası olan şəxsi baqajı oğurlanıb.BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə "Le Parisien" nəşri məlumat yayıb."Qətər əmirinin gəlini öz qulluqçusunun müşayiəti ilə bu şənbə, iyulun 27-də Kann stansiyasında sürətli qatara minib. Nitsadan yola düşən qatar Parisin Lion vağzalına getməli idi. Saat 12:00-13:40 aralığında o, "Hermès" brendinə məxsus 11 çantanın oğurlandığını görüb", - nəşr yazır.Fransa nəşrinin məlumatına görə, hadisə ilə bağlı araşdırma başlayıb. Hazırda çantalar və onları oğurlayanlar tapılmayıblar.
BAKU.WS