Ceyranbatan su anbarında suyun səviyyəsi ötən illə müqayisədə qalxıb - FOTO
Ceyranbatan su anbarında suyun səviyyəsi ötən illə müqayisədə qalxıb. BAKU.WS xəbər verir ki, bu barədə report-un sorğusuna cavab olaraq İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin Mətbuat xidmətindən bildirilib. Qeyd olunub ki, hazırda Ceyranbatan su anbarında suyun səviyyəsi 27,49 metr, həcmi 171.37 milyon kubmetrdir: "Keçən ilin müvafiq dövründə suyun səviyyəsi 24,64 metr, həcmi isə 135.35 milyon kubmetr olub". Vurğulanıb ki, ötən ay gölün səviyyəsi 27,87 metr olub: "Yay aylarında suya tələbat çox olduğundan gölün səviyyəsi günə 1 santimetr düşür. Bizim qurğular gölün 18 metr hündürlüyündən suyu götürür. Yay aylarında suyun götürülməsi norma həddindədir. Bu göstəricilər yay ayları üçün normal hesab olunur". BAKU.WS
Mənbə: baku.ws