ABŞ strateji bombardmançı təyyarələrini Avropadan geri çəkib
Amerikanın iki B-52H bombardmançı təyyarəsi Rumıniya hava bazasından çıxarılıb.
BAKU.WS xəbər verir ki, bu barədə ABŞ Hərbi Hava Qüvvələrinin Avropadakı Komandanlığı məlumat yayıb.
Onlar aydınlaşdırıblar ki, bombardmançı təyyarələr ABŞ-ın Luiziana ştatındakı Barksdeyl Hərbi Hava Qüvvələri bazasına qayıdıb.
Qeyd edək ki, bombardmançılar bir həftə əvvəl Rumıniyaya yerləşdirilmişdi
BAKU.WS