Image

Asfaltı qazıb, sonra yenisini salmayıblar - Sakinlər narazıdır - FOTO

Paytaxtın Nizami rayonu ərazisində yaşayan sakinlər "Azərişıq" ASC-dən narazıdırlar.

BAKU.WS-in "qaynar xətti"nə daxil olan məlumata görə, problem nə işıqların kəsilməsi, nə də zəif olması ilə bağlıdır. Səbəb yolların qazılaraq pis vəziyyətə salınmasıdır...

Rayon sakininin sözlərinə görə, 18 gün əvvəl "Azərişıq" ASC-nin əməkdaşları tərəfindən rayonun Bəhruz Nuriyev ilə Qara Qarayev prospektinin kəsişməsində, metronun "Xalqlar Dostluğu" stansiyasının yaxınlığında qazıntı işləri aparılıb: 

""Azərişıq"ın işçiləri iyulun 11-də yolun asfalt örtüyünü qazaraq boruları yeniləyib. Daha sonra isə ərazini torpaqla örtsələr də asfaltı bərpa etməyiblər. Üzərindən 20 günə yaxın vaxt keçsə də yol bərbad vəziyyətdə qalmağa davam edir, baxan yoxdur".

BAKU.WS

Mənbə: baku.ws

Xəbər lenti