Mikayıl Cabbarov Klaudio Deskalsi ilə görüşüb - FOTO
İqtisadiyyat naziri Mikayıl Cabbarov İtaliyanın "Eni S.p.A." şirkətinin baş icraçı direktoru Klaudio Deskalsi ilə görüşüb. BAKU.WS xəbər verir ki, o bu barədə özünün "X" hesabında paylaşım edib. Bildirilib ki, görüşdə qlobal enerji keçidi ilə bağlı fikir mübadiləsi aparılıb. "Beynəlxalq tərəfdaşlarla əlaqələrin gücləndirilməsinin əhəmiyyətini vurğulayaraq əməkdaşlıq məsələlərini nəzərdən keçirdik", - deyə nazir əlavə edib. BAKU.WSMənbə: baku.ws